top of page

Xəbərdarlıq edildi: Hava kəskin soyuyacaq - Qar yağacaq

  • Xuraman Həmidova
  • Nov 13, 2020
  • 1 min read

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "DİQQƏT"-ə verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page