Fars körfəzi ölkələrini – Qətər və Səudiyyə Ərəbistanını güclü qum fırtınası cənginə alıb.
DİQQƏT.info xəbər verir ki, bu dövr üçün xarakterik olmayan qum fırtınası bütün tikililəri və avtomobilləri örtüb, yollarda görünmə məsafəsini minimuma endirib.
Qeyd edilir ki, qum fırtınası regionda havanın temperaturunun kəskin enməsinə də səbəb olub. Belə ki, Qətərin paytaxtı Dohada havanın temperaturu 16 dərəcəyədək enib./axar.az
Comments