top of page

DƏHŞƏT: Topla oynayan uşaqların üzərinə ildırım düşdü - 9 uşaq öldü

  • Xuraman Həmidova
  • Apr 16, 2021
  • 1 min read

Uqandanın şimalında yerləşən Arua şəhərində top oynayan uşaqların üzərinə ildırım düşüb. Baş verən dəhşətli hadisə nəticəsində 9 uşaq həlak olub.

DİQQƏT.info xəbər verir ki, yerli mediada yayılan xəbərlərə görə, yaşları 13 ilə 15 arasında olan uşaqlardan 1-i hadisə yerində, digər 8-i isə xəstəxanada həyatını itirib.

Səlahiyyətlilər futbol oynayan digər 3 uşağın isə hadisədən sonra xəstəxanaya aparıldıqlarını və hələlik sağlamlıq vəziyyətləri haqqında bir açıqlama verilmədiyini bildirib.

Qeyd edək ki, ölkədə daha əvvəl 18 uşaq eyni səbəblə həyatını itirib./moderator

تعليقات


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page