top of page
Xuraman Həmidova

Əsəd ordusu mühasirədə: Rusiya bir həftə vaxt istədi – Şok gəlişmə


Rusiya Suriyanın Haseke bölgəsində Əsəd rejimi ilə problemlərin həlli üçün YPG/PKK terror təşkilatından bir həftə vaxt istəyib.

DİQQƏT.info xəbər verir ki, Rusiya 8 yanvar tarixindən bəri qarşılıqlı qarşıdurmaların baş verdiyi Qamışlıda YPG/PKK və Əsəd rejimi arasında vasitəçilik edir.

YPG/PKK-nın yanvarın 20-dək bütün Hasekedən çəkilmək üçün Əsəd rejiminə verdiyi son tarixdən sonra Qamışlıdakı danışıqların nəticə verməməsindən sonra Rusiya YPG/PKK-dan Əsəd rejimi üçün bir həftə istəyib.

Mənbələr Rusiyanın 1 həftəlik müddətin sonunda hər iki tərəfi də qane edəcək bir təklif irəli sürəcəyinə vəd verdiyini bildiriblər.

YPG/PKK Əsəd rejiminə aid bir çox hərbi postu ələ keçirərək, Hasekenin şəhər mərkəzini və Qamışlının mərkəzindəki hərbi mövqeləri mühasirəyə alıb. Bundan sonra Rusiyanın nəzarəti altında YPG/PKK və rejim qüvvələri arasında danışıqlar başlayıb./Teleqraf.com

24 views0 comments

Recent Posts

See All

Komentáře


bottom of page