İngiltərədə marketlərin birində əsəb sarsıntısı keçirən qadın müştəri ortalığı bir-birinə vurub.
"DİQQƏT" Moderator.az-a istinadən xəbər verir ki, Hertfordshire bölgəsində baş verən hadisə zamanı qadın, marketdəki başqa bir müştərinin ayağına içki şüşəsi ilə vuraraq "sakitləş" deməsindən sonra özündən çıxıb və içki rəflərindəki 500 içki şüşəsini qırıb.
Şahidlər yerli mediaya "Qadının üzündə qəribə bir ifadə var idi. Heç bir şey söyləmədi və getdikcə təhlükəli olmağa başlamışdı"şəklində açıqlama verib.
Hadisə zamanı marketdə təxminən 50 nəfərin olduğu və baş verənlərdən sonra qadının nəzarətə aparıldığı ifadə edilib.
Comentarios