top of page
Xuraman Həmidova

Ərdoğanı təhqir etdiyinə görə Səlahəddin Dəmirtaşın cəzasına 3 il 6 ay əlavə olundu


Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş “Prezidenti təhqir” ittihamı ilə 3 il 6 ay həbs cəzasına məhkum olunub. DİQQƏT.info xəbər verir ki, Bakırköy 46-cı Cəza Məhkəməsində keçirilən iclasa Səlahəddin Dəmirtaş səs və video məlumat sistemi vasitəsilə (SEGBİS) qoşulub. Prokuror 2015-ci ildə Dəmirtaşın Atatürk Hava Limanında verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanı və o zamankı Baş nazir Əhməd Davudoğlunu təhqir etdiyinə görə 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzasına məhkum edilməsini tələb edib. İki dəfə prezidentliyə namizəd olduğunu və illərdir siyasətlə məşğul olduğunu söyləyən şübhəli müdafiəsində “Hökuməti tənqid etdim. Prezident və Baş naziri birbaşa hədəf almadım”,- deyə bildirib. Fasilədən sonra S. Dəmirtaşın “Prezidenti təhqir” maddəsi ilə təqsirləndirilərək 3 il 6 aylıq həbs cəzasına məhkum edilməsinə qərar verilib.


10 views0 comments

Recent Posts

See All

Comments


bottom of page