top of page

Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

  • Xuraman Həmidova
  • Mar 11, 2021
  • 1 min read

Səhhəti pisləşən Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya aparılıb.

DİQQƏT.info xəbər verir ki, bu barədə müğənni özü “Elgizlə izlə” proqramına açıqlama verib.

O bildirib ki, özünü yaxşı hiss etmir:

“Heç nə yemək istəmirəm. Dərman atdıqca iştahım gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə mədəm yanırdı. Balamdan sonra bu günlərə qaldım. Görün özümü nə günə qoydum. Kök hüceyrə köçürmə dedilər, amma yox, revmatizmım var. O, müalicə olunmalıdır. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır”.


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page