top of page

“Əliyevin bu planının arxasında nələr var, anlamıram” - Paşinyan ETİRAF ETDİ

  • Xuraman Həmidova
  • Jan 16, 2021
  • 1 min read

Moskva görüşündən sonra Paşinyan yaxın ətrafında əsirlər məsələsində uğursuzluğa düçar olduğunu etiraf edib. DİQQƏT.info xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb. Paşinyan bu məsələdə uğur əldə edəcəyi təqdirdə müxalifətə ağır zərbə vura biləcəyini deyib. Moskvada kommunikasiyalarla bağlı imzalanan sənədi “parlaq qələbə” adlandıran Paşinyan, həmçinin İlham Əliyevin kommunikasiyaların açılmasına razılaşmaqla onu nəyə çəkdiyini başa düşmədiyini bildirib: “Paşinyan deyib ki, kommunikasiyaların açılması tamamilə bizim xeyrimizədir. Əksəriyyət isə hesab edir ki, bu ya növbəti manipulyasiyadır, ya da Paşinyan 11 yanvar sənədini “tam qələbə” sayacaq qədər adekvatlığını itirib”, – qəzetin mənbəsi bildirib. /Axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page