Səhv etmirəmsə, bu yaxınlara qədər Qarabağa yalnız bir dövlət nümayəndəsi gedib - Azərbaycan Prezidenti İlham Əliyev.
DİQQƏT.info xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” Partiyasından olan deputat Taron Simonyan Ermənistan parlamentində çıxışı zamanı deyib.
O əlavə edib ki, Azərbaycan lideri Şuşa şəhərinə baş çəkib: “Ancaq bu günə qədər Ermənistan Baş naziri Nikol Paşinyan baş verənləri görmək üçün Xankəndinə getməyib”.
Daha sonra erməni deputat həqiqətə uyğun olmayan iddialar səsləndirməyə başlayıb.
Köhnə erməni “musiqisini” oxuyan Simonyan “Qarabağsız Ermənistanın olmadığını” deyib.
Simonyan Ermənistan hökumətini öz siyasətinə baxmağa çağırıb./teleqraf.com
Comments