Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb.
DİQQƏT.info-nun məlumata görə, Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.
O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.
Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.
Qeyd edək ki, Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov “BBC”nin müvafiq sualına “ailəmin malik olduğu adıçəkilən şirkətlərlə fəxr edirəm”, – deyə cavab vermişdi. /Demokrat.az
Comments