“Coğrafi mövqeyinə görə Sünik hazırda Ermənistanın ən həssas bölgəsidir. Mənim fikrimcə, Sünik təhlükəsiz deyil, deməli, Ermənistanın təhlükəsizliyi sual altındadır”.
DİQQƏT.info xəbər verir ki, bu sözləri Meğri icmasının rəhbəri Mxitar Zakaryan mətbuat konfransında seçkilərdən sonra parlamentə gəlsələr, Sünikin təhlükəsizliyini necə təmin edəcəkləri barədə sualı cavablandırarkən bildirib.
Mxitar Zakaryan vurğulayıb ki, təkcə Sünikin təhlükəsizliyindən danışmaq uğursuzluğa səbəb ola bilər. Buna görə də Ermənistanın təhlükəsizlik sistemini yeni bir şəkildə inkişaf etdirmək barədə düşünmək lazımdır.
“Sünikin təhlükəsizliyi Ermənistan Respublikasının güc strukturları tərəfindən təmin edilməli və sərhəd bölgələrində yaşayan vətəndaşlar üçün, məsələn, silah gəzdirmək hüququ verən müvafiq qanun layihələri hazırlanmalıdır. Ümumiyyətlə, siyasi gücümüzün prioritet vəzifələrindən biri ordunu gücləndirmək olacaqdır. Həm zabitlər, həm də Silahlı Qüvvələrin rütbəli heyəti üçün şərtlər yaxşılaşdırılmalıdır. Ancaq bir daha təkrar edirəm, Sünik təhlükəsizlik sistemi kimi ayrıca olaraq qəbul edilə bilməz”.
Mxitar Zakaryan deyib ki, İrəvanda yaşayan insanlar özlərini təhlükəsizlikdə hiss edirlər. Amma əslində bu, belə olmalı deyil:
“Qapı Sünikə köçdü və burada Azərbaycan güc olaraq qalarsa, daha pis olacaq. Ancaq ümid edək ki, bu, olmayacaq, belimizi düzəldəcəyik. Təhlükəsizlik məsələsi “Dirçəliş Ermənistan” partiyası üçün prioritetdir. Sünik üçün ayrıca təhlükəsizlik məsələsi yoxdur, bütün Ermənistan üçün təhlükəsizlik prioritet olmalıdır. Bu, ölkəmizin təhlükəsizliyinə aid bir məsələdir”.
Kacaran icmasının rəhbəri Manvel Paramazyan isə öz növbəsində qeyd edib ki, əgər bir türk bu gün Sünikdədirsə, hansı təhlükəsizlikdən danışmaq olar:
“Tariximizin yeni səhifəsi başlayır. İndi durub türkü yenidən tanımaqmı istəyirik? Yoxsa bu müddət ərzində onlar dəyişiblərmi? Bu gün bir azərbaycanlı Qafandadırsa, Sünik necə təhlükəsiz ola bilər? Belə olan təqdirdə bu gücsüz insanlar komandası Süniki hansı ağılla təhlükəsiz hesab edirlər. Təhlükəsizdirmi? Unutmayın: Allah qorusa, Sünik problemi həll olunmazsa, bir gün problem sizin qapınızı da döyəcək. Bu, ölkəmiz üçün təhlükəsizlik məsələsidir, bölgələri bölməyək. Biz erməniyik”./konkret
Comments