top of page
Xuraman Həmidova

Şəhid Orxan Şirinovun adından dələduzluq edən şəxs axtarılır – VİDEO


İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir.

Bu gün Orxanın yasını tutan ailənin başı şəhidimizin adına yaraşmayan, bu addan sui-istifadə edən hansısa dələduzun törətdiyi əməllərə qarışıb.

Məlum olub ki, şəhidin adından istifadə edib mobil nömrə sənədləşdiriblər və həmin nömrələrdən qanunsuz məqsədlər üçün istifadə ediblər.

DİQQƏT.info-nun məlumatına görə, şəhidin atası Elxan Şirinov deyir ki, kimsə oğlunun adına mobil nömrə rəsmiləşdirib. Həmin nömrə ilə ayrı-ayrı şəxslərə zəng olunaraq onlardan müxtəlif bəhanələrlə pullar yığılır.

Elxan Şirinov qeyd edir ki, bu adam kimdirsə, bizim haqqımızda bütün məlumatları bilir. Bundan əlavə, özünün müxtəlif rayonlardan olduğunu deyərək iz itirməyə çalışır.

Məsələ ilə bağlı həm rayon polis şöbəsinə, həm də Daxili İşlər Nazirliyinin ”102” çağrı mərkəzinə müraciət olunub. Nazirliyin Baş Cinayət Axtarışı İdarəsindən Elxan Şirinova cavab olaraq bildirilib ki, onların müraciəti araşdırılaraq öz həllini tapıb. Ailə isə dələduzlar barədə onlara daha ətraflı məlumat verilməsini istəyir./Konkret.az



33 views0 comments

Recent Posts

See All

留言


bottom of page