Şəhid ailələri heç yerə müraciət etməsin.
"DİQQƏT" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev YAŞAT Fondu ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.
O bildirib ki, ASAN xidmət işçiləri özləri şəhid ailələrinin evlərini bir-bir gəzib ehtiyaclarını müəyyən edəcək.
“Həmin ailələrin ünvan siyahısı mövcuddur. İnsanların harasa getməsinə ehtiyac yaranmayacaq”, - o qeyd edib.
Comments