top of page
Xuraman Həmidova

“Şuşanın girişindəki sütunu görsən...”: Bunu eşidən kimi istefa vermək istədim - Senor Asratyan


Ötən gün doğulduğum Qırmızı bazarda idim. Məktəb yaşında tez-tez getdiyim yuxarı hissə indi təmas xəttidir. Dostum Miçurinlə kəndlər arasındakı yolda dayandıq və diqqətlə meşəlik üfüqünün altındakı səngərlərə baxdıq.

DİQQƏT.info xəbər verir ki, bu sözləri separatçı polkovnik-leytenant, saxta qurumun saxta ordusunun sabiq mətbuat katibi Senor Asratyan bildirib.

Onun sözlərinə görə, hisslərini anlayan dostu Miçurin onun qolundan tutaraq qulağına pıçıldayıb ki, səngərləri görürsən, amma sən kəndlərdən gedərkən Şuşaya girişdəki sütunu görsən... Bunu eşidən kimi xidmətdən istefa ərizəsini təqdim etməyi düşündüm, amma sonra xatırladım ki, beş ayım qalıb”.

Qeyd edək ki, saxta polkovnik-leytenant Şuşanın girişindəki sütunda Azərbaycan və Türkiyə dövlət bayraqlarının asılmasını nəzərdə tutur./Teleqraf.com

33 views0 comments

Recent Posts

See All

Comments


bottom of page