Şuşanı tərk edəndə körpə uşaq idi Hüseyn. Özü demişkən, atasının, əmisinin qucağında çıxmışdı doğma elindən. obasından. Şuşa həsrəti, Şuşa nisgili ilə böyüdü, xatirində yaxşı qalmasa da böyüklərin dilindən eşitdiyi qədər sevdi, çəkdi bu həsrəti...
1-ci Qarabağ müharibəsinin iştirakçıları olmuş atasından, əmisindən Şuşa uğrunda gedən döyüşlər barədə çox eşitmişdi və bu ruhda da qisas alacağı günü gözləyirdi. Axır ki. o gün yetişdi və Hüseyn könüllü döyüşə getdi.
Fizuli uğrunda ağır döyüşlərdə iştirak etdi və doğma Şuşasına qovuşmaq üşün tələsirdi. Şuşa uğrunda döyüşlərə hazırlaşan zamanda yoldaşlarından biri minaya düşür, onu çıxartmaq üçün gedən Hüseyn özü də minaya düşür.
Qazi kimi evinə dönən döyüşçünü hamı sevinclə, coşqu ilə qarşıladı. Hüseyn Şuşa döyüşlərinə qatıla bilmədiyinə təəssüflənir. İtirdiyi ayağına görə isə belə deyir: "TƏKİ VƏTƏN SAĞ OLSUN!"
Biz də sizin qarşınızda baş əyirik, Şəhidlər və Qazilər!
Comments