top of page
Xuraman Həmidova

ŞOK: BDU tələbəsi onlayn dərsdə oynadı, QOVULDU - VİDEO


Sosial şəbəkələrdə maraqlı bir video yayılıb.

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub.

"DİQQƏT" xəbər verir ki, onlayn dərs zamanı tələbələrdən biri üzünü bayraqla örtüb gözünə eynək taxaraq rəqs etməyə başlayır. Bunu görə müəllim ani bir şok yaşadıqdan sonra tələbədən bu hərəkətini izah etməsini istəyir. Pərviz isə görüntünü bağlayaraq bunu onun etmədiyini, yanında olan dostlarının etdiyini bildirir.

Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib. Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib. Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib”.

Sosial şəbəkələrdə həmin tələbənin qovulduğu və bunun çox ağır cəza olduğu haqqında müxtəlif rəylər yazılıb.



17 views0 comments

Recent Posts

See All

留言


bottom of page