Kral II Abdullahın ögey qardaşı şahzadə Həmzə bin Hüseyn milli təhlükəsizliyə zərər vermək üçün xarici casuslarla əlaqədə olub.
DİQQƏT.info xəbər verir ki, bu barədə İordaniya hökumətinin məlumatında deyilir.
“Araşdırmalar zamanı məlum olub ki, şahzadə münasib zamanda İordaniyanın sabitliyini pozmaq üçün xarici şəxslərlə daimi əlaqədə olub. Həmçinin Həmzə bin Hüseynin həyat yoldaşı xarici kəşfiyyat təşkilatı ilə əlaqə qurub və həmin təşkilat cütlüyün İordaniyanı tərk etməsi üçün təyyarə də təşkil edib. Hüquq-mühafizə orqanları bu cinayət əməlində iştirak edənlərin məhkəməyə göndərilməsini tələb edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün “Vaşinqton Post” H.Hüseynin saxlanıldığını iddia etmişdi./axar.az
Comments