top of page

Ötən gün zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ

  • Xuraman Həmidova
  • Mar 11, 2021
  • 1 min read

Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Gülər Mirzəyeva ailəsinə təhvil verilib.


DİQQƏT.info xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.


Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib:


“Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”.


Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page