Ömər aşırımında hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçimiz həlak olub
- Xuraman Həmidova
- Jan 29, 2021
- 1 min read

Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
DİQQƏT.info-nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 28-də Murov dağı istiqamətində yerləşən Ömər aşırımında qeydə alınıb.
Nəticədə iki hərbi qulluqçu həlak olub. Onlar Ramiz Mustafayev və Alıxan Qaragözovdur.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.
Allah rəhmət eləsin!









Comments