top of page
Xuraman Həmidova

Çinlilər Hui müsəlmanlarının məscidini dağıdır - FOTO / VİDEO


Çin Xalq Respublikasında 10 milyona yaxın sayı olan huilər ölkədəki ən böyük müsəlman əhaliyə sahib birlikdir. Fiziki quruluş baxımından Xan xalqına bənzəyirlər. Huilərin soyları Sincandakı uyğur və türkcə danışan digər etnik qruplardan fərqli olaraq, Moğol - Yuan xanədanlığı dövründə Çinə köçən müsəlmanlar olublar.

Müsəlman Hui irqinin ana vətəni olan Ningxia (Ningşia) Çinin şimal qərbində yaşayır. Bölgədə yaşayan Hui milli azlığı cəmi əhalinin yüzdə 35 faizini təşkil edir. Rəsmi rəqəmlərə görə, bölgədə 3760 məscid var. Bu məscidlərin ən gözəl nümunələrindən biri Najiahu məscididir.

Yinchuan şəhərinin 6 min əhalili Najiahu kəndində tikilən bu məscidin tarixi 1524-cü ilə gedib çıxır. Müxtəlif illərdə dəfələrlə bərpa olunan bu taxta məscid antic Çin arxitekturasının izlərini daşıyır. Divarları və sütunlarında mavi, qırmızı, yaşıl və sarı rəngli bəzəmələrin hakim olduğu məscidin damları isə yaşıl və sanrı rəngli kirəmitlərdən inşa edilib.

DİQQƏT.info-nun bu gün Teleqram kanallarına istinadən əldə etdiyi görüntülərdə çinlilərin Hui müsəlmanlarının məscidlərindən birini necə dağıdırlar. Həmin görüntüləri təqdim edirik:





10 views0 comments

Recent Posts

See All

Comments


bottom of page