Çeçenistanda 25 min və Dağıstanda 32 min adam işıqsız qalıb - QƏZA
- Xuraman Həmidova
- Jan 17, 2021
- 1 min read

Çeçenistanda yarımstansiyada yaranan nasazlıq nəticəsində 24,5 min insan işıqsız qalıb.
DİQQƏT.info xəbər verir ki, bu barədə Rusiya Enerji Nazirliyi məlumat yayıb.
Bildirilib ki, olay bu gün “Qudermes” yarımstansiyasında baş verib və Qudermes şəhəri və Qudermes rayonunda elektrik enerjisinin verilməsi dayanıb.
Dağıstanda da analoji problem yaşanır. Nəticədə 32 min 700 nəfər elektrik enerjisiz qalıb.
Enerji kəsintisi Şamil, Tlərata və Çunta rayonlarındadır.
Hər iki ərazidə qəza-bərpa xidməti çalışır./Axar.az
Comments