top of page
Xuraman Həmidova

Zəngəzurda atışma olub? – ermənilərə 10 saat vaxt verildi


Ermənistan mediası Azərbaycan Ordusunun ermənilərə bəzi kəndləri boşaltmağı tələb etdiyini yazır. DİQQƏT.info xəbər verir ki, Ordumuz Zəngilan rayonunun Qafqan rayonu ilə yerləşən Ağkənd və Qazançı kəndində yerləşən erməni hərbi birləşlərinə ərazini tərk etmələrini tələb edib. Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin Əkərək (ermənilər Aqarak deyir) kəndini tərk etməsi üçün səsgücləndirici vasitəsilə xəbərdarlıq edib. Ümumilikdə ermənilərə kəndləri boşaltması üçün 10 saat vaxt verilib. Erməni teleqram kanalları Azərbaycan Ordusu ilə erməni hərbi birləşmələri arasında yarım saat atışmanın olduğunu iddia edirlər. Lakin Sünik (Zəngəzur) qubernatoru Melikset Poqosyan atışma iddiasını təkzib edib. “Heç bir atışma olmayıb. Azərbaycan hərbçiləri səsucaldanlar vasitəsilə erməni tərəfinə əvvəlki mövqelərinə geri çəkilməyi tələb etdilər”, – o deyib. Nə baş verir? Ermənistan işğal dövründə bir sıra ərazilərdə olduğu kimi Qubadlı və Zəngilan istiqamətində dövlət sərhədini qanunsuz olaraq dəyişdirib. Adı çəkilən ərazilər Azərbaycanın BMT tərəfindən tanınmış dövlət sərhədi tərkibindədir. Ordumuz dövlət sərhədinin bərpa edilməsi istiqamətində addımlar atır.

109 views0 comments

Recent Posts

See All

Commenti


bottom of page