“Bir hissəsi Azərbaycan tərəfinə veriləcək Sotk (Zod-red) qızıl mədəninin taleyi qeyri-müəyyəndir. Çünki yatağın bu hissəsi SSRİ sərhədlərinə görə Azərbaycanın nəzarəti altına keçən Kəlbəcər ərazisində yerləşir”.
"DİQQƏT" Konkret.az - a istinadən xəbər verir ki, bu sətirlər Ermənistanın “Verelq” qəzetindən götürülüb. Məlumatda daha sonra deyilir: “Sotsk (Zod –red) qızıl yatağı Rusiyanın “Geopromining” şirkəti tərəfindən idarə olunur. Rəsmi məlumatlara görə, qızıl yatağında 2019-cu ilin yanvar ayına qədər 752 nəfər işləyirdi. İşçilər əsasən Ermənistanın Vardenis bölgəsinin sakinləri idi. İşçilərin orta aylıq maaşı 307 min dramdan (təxminən 600 manat) çox idi. Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun gəlirinin də əhəmiyyətli bir hissəsini bu mədən təmin edirdi”.
İqtisadçı Ovanes Avetisyan “Verelq”-ə verdiyi müsahibəsində qeyd edib ki, “Mədən bağlanarsa, Ermənistanın dövlət büdcəsi illik vergi gəlirlərindən təqribən 40 milyon dollar məhrum olar. Nəticədə bu cəmiyyət üçün mənfi nəticələrə gətirib çıxara bilər”.
Comments