top of page
Xuraman Həmidova

Zeyvədə ermənilər 20 metr geri çəkildi: Ruslar post qurdu


Qafan-Gorus yolu istiqamətində Azərbaycanla sərhədə Rusiya sərhədçiləri yerləşdirilib.

DİQQƏT.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Qafan-Gorus yolunun və David-Bek (Zeyvə) kəndinə doğru qayıdan yolun kəsişməsində rus sərhədçiləri post qurub.

Hazırda “yerli könüllülər” mövqelərindən sərhəd xəttinin dəqiqləşdirilməsi nəticəsində mövqelərdən birindən 20 metr geri çəkiliblər.

Onların sözlərinə görə, Azərbaycan Ordusu erməni mövqelərinin 500-600 metrliyindədir.

Erməni mediası kəndin “təsərrüfatının əsas hissəsinin Azərbaycan tərəfində qaldığını” iddia edib. Halbuki işğal zamanı sərhədləri irəli çəkərək, Azərbaycan torpaqlarını istismar edən ermənilər indi geri çəkilməyə məcbur edilib./Axar.az

18 views0 comments

Recent Posts

See All

Comments


bottom of page