Rusiyalı siyasətçi, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin erməni jurnalistlə DİQQƏT.info xəbər verir ki, Zatulin Ermənistanın Moskva bəyanatından sonra guya öz öhdəliklərini yerinə yetirməsinə rəğmən Azərbaycanın niyə digər "hərbi əsirlər"i qaytarmamasına dair suala belə cavab verib: “Bəzi məsələlərdə addım atırsınız, digərlərində isə yox. Xüsusən də Azərbaycan mina xəritələrini ona təqdim edilməsində israr edir və s. İndi deyə bilmərəm ki, bir sıra suallarda haqlısınız, digərlərində haqsız. Bu çətin bir problemdir. Ancaq məhkumların geri qaytarılmamasında Rusiyanın günahkar olduğu konteksti həqiqətə uyğun gəlmir. Bu məsələ daha yüksək səviyyədə həll olunmalıdır. Və hələ də həll edilməməsi, Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin münasibətlərin davam etməsinin nəticəsidir. Anladığım qədəri ilə Rusiya bu məsələni həll etməyə çalışır. Ancaq bunun belə sadə bir məsələ olduğunu düşünürsünüzsə, dünyanın bütün əsirləri öz evlərinə dönməli idilər. Və biz bilirik ki, bəzən bu məsələlər üçün xeyli vaxt lazım gəlir. O zaman Rusiyanın problemi həll etməkdən qaçdığı təəssüratı haradan yarandı?”/mətbuat.az
Comentarios