top of page
Xuraman Həmidova

Zatulin yenə "qatıqladı" - Hansı erməni milyarderi maliyyələşdirir bu şərəfsizi?


Rusiya erməniləri ittifaqının bu gün toplantısı keçirilib və əgər Rusiya Dövlət Dumasının MDB dövlətləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin bu toplantıda iştirak etməsəydi. çox təəccüblü olardı. Zatulin Azərbaycan dövlətinin və xalqının düşməni olduğunu çoxdan sübut edib. Bu dəfə də Azərbaycanın ünvanına sözün həqiqi mənasında ağzına gəldiyini danışıb.


Deyib ki, “Artsaxın Azərbaycanın nəzarətinə keçən ərazilərində İŞİD sıralarında vuruşanların və terrorçuların yerləşdirilməsi haqqında planlar və şaiyələr var”. Üstəlik Ərdoğanın Zəfər paradında Ənvər paşanı xatırlamasını hələ də sinirə bilməyən Zatulin “Ənvər haqqında bəyanatların fonunda Sünik ərazilərinin verilməsinə qol çəkməyi” Paşinyana bağışlamadağını da qeyd edib.

Belə şarlatanların sözünü heç təkzib etmək lazım deyil. Əgər bu şaiyədən Zatulin və erməni dostları qorxursa, qoy qorxsun.

Zatulin Konstantin Federal Təhlükəsizlik Xidmətinin hələ deputat olmazdan əvvəl “etibarlı şəxsi” statusundadır. Atası Fyodr köhnə çekist olub və SSRİ-Türkiyə sərhədində xidmət edib. Ona görə də Zatulinlə əlaqə yaratmaq və cəlb etmək çətinlik yaratmayıb. Uşaqlığı və gəncliyi Soçidə erməni məhəlləsində keçib. Soçidən deputat seçilməsi də erməni mafiyasının fəaliyyətinin nəticəsidir. Amma, bütövlükdə bu adam postsovet ölkələrində separatizmi təbliğ edən və separatçı rejimlərin formalaşması üzrə mütəxəssis kimi hazırlanıb və xüsusi tapşırıqlar yerinə yetirir. Separatizmə açıq dəstək verdiyinə və separatçıların fəaliyyətini istiqamətləndirdiyinə görə Ukrayna dövləti "millətlərarası nifrəti qızışdırdığına görə” Zatulini arzuolunmaz şəxs elan edib. Ukrayna Təhlükəsizlik Xidməti Ukraynanın ünvanına söylədiyi kəskin mövqeyinə görə rəsmi xəbərdarlıq edib. Estoniya dövləti 2018-ci ildən etibarən Zatulinin Estoniyaya girişinə beş illik qadağa qoyub. 2010-cu ildən Azərbaycan XİN Zatulini arzuolunmaz şəxs elan edib.

Bu adamın aldığı orden və medallara diqqət edin:

III dərəcəli “şərəf və şöhrət “ ordeni- Abxaziya separatçı rejimi 2003 il

Fəxri orden-Ermənistan -2010 il

Müqəddəs Savva ordeni –Serbiya provaslav kilsəsi

Abxaziyanın fəxri vətəndaşı-2008 il

Respublika ordeni- Pridnestrovye respublikası-2006 il

“Krımın qaytarılmasına görə”-2014 il Rusiya MN

“Vəifəsinə sədaqətə görə” –Krım -2015 il

Bu dağıdıcılıq funksiyasını yerinə yetirən Rusiya rəsmisi başqa separatçı rejimlərdən deyil, yalnız ermənilər tərəfdən gizli olaraq maliyələşir. Ukrayna Təhlükəsizlik Xidmətinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə Konstantin Zatulin Argentinalı milyarder erməni əsilli Ernekyan Eduardonun qardaşı oğlu Uqo Ernekyan tərəfindən maliyyələşir. Maliyyə vəsaiti deputatın həyat yoldaşı Zinaida Kesarevna Zatulinanın adına ofşor hesablara köçürülür. İşimizi bilək./Moderator.az


540 views0 comments

Recent Posts

See All

Comments


bottom of page