“Rəsmi Tiflis NATO blokuna sadiqdir”. Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulinl bildirib ki, Gürcüstan Rusiya ərazisindəki hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana tədarükünə mane olmaqla bloka daha çox yaxın olduğunu nümayiş etdirib.
“Bu yaxınlarda Gürcüstan Ermənistana hərbi texnika tədarükünü bloklayıb. Razılaşmaya əsasən Rusiya Gürcüstan ərazisindən tranzit keçməyə çalışıb. Ermənistanın bizimlə ortaq sərhədi yoxdur. Gürcüstan bunu etmək üçün fürsət verməyib, bunun üçün ABŞ dövlət katibi Maykl Pompeo bu ölkənin rəhbərliyinə təşəkkür edib. Bu, keçən həftə baş verib. Minnətdarlığı isə Pompeo açıq şəkildə ifadə edib”.
"DİQQƏT" xəbər verir ki, bu fikirləri Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin səsləndirib. O əlavə edib ki, “Qısası, Gürcüstan bizə maneələr yaratmağa, təkərlərimizə mıx soxmağa davam edərsə, heç kim üçün yaxşı olmayacaq. Belə addımlardan sonra gürcülər Rusiya ilə hansı güvəndən və hansı münasibətlərdən danışa bilər”.
Comments