top of page
Xuraman Həmidova

Zatulin:"Njde faşist deyil, qəhrəmandı. Rəsulzadə isə faşist idi. bizə qarşı vuruşurdu"-VİDEO


Rusiyanın siyasi xadimi, Dövlət Dumasının deputatı, Qafqaz məsələləri üzrə aktiv propaqanda aparan, xaricdən maliyyələşən Konstantin Zatulin çıxışında bəyan edib ki. Azərbaycan Demokratik Respublikasının yaradıcısı Məmmədəmin Rəsulzadə "faşıst" olub və SSRİ-yə qarşı vuruşub, eyni vaxtda Qaregin Njdenin antisovet hərəkatını isə "türk- islam təhlükəsi" ilə əsaslandırır.

Üzümüzə baxa-baxa yalan danışan "siyasi xadim" əslində bütün baş verənləri təhrif edir. M.Rəsulzadə 1942-ci ildə Berlində baş tutan danışıqlarda Azərbaycanın lehinə heç bir fayda və əlaqə görmədiyindən oranı tərk etmişdi. Ömrünün sonuna qədər Rəsulzadə öz ideyalarına sadiq qalmışdır.

Zatulin həyasızcasına təsdiqləyir ki, almanlar azərbaycanlıları SSRİ-yə qarşı mübarizəyə qaldıra bildilər, erməniləri isə yox. Az qala bütün xalqı "nasistlərlərin əlaltısı" adlandırmaqdan çəkinməyən ermənipərəst siyasətçi 640 min azərbaycanlının müharibədə iştirakını və onların 40 mininin könüllü olduğunu xatırlamamaqda kimin dəyirmanına su tökdüyü məlumdur.

Qaregin Njdeyə "qəhrəman" kimi heykəl qoyulmasını alqışlayan üzdəniraq siyasətçi onun faşist olmadığını və Zəngəzuru və erməni xalqını növbəti "genosid"dən qoruduğunu qeyd edib.

"DİQQƏT" yerli TELEQRAM kanalına istinadən Konstantin Zatulinin bu çıxışını təqdim edir:




XURAMAN ETİBARLI

98 views0 comments

Recent Posts

See All

Comments


bottom of page