top of page

Zaqatalalı hərbçinin nəşi bu gün torpağa tapşırıldı- Ruhu şad olsun / FOTO

  • Xuraman Həmidova
  • Jan 8, 2021
  • 1 min read

ree

Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib.

DİQQƏT.info xəbər verir ki, rayonun Yuxarı Çardaxlar kənd sakini, 1994-cü il təvəllüdlü Ramazanov Vüsal Vahid oğlu Vətən müharibəsinə könüllü yollanıb.

V.Ramazanov sonuncu dəfə oktyabrın 27-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb və itkin kimi qeydiyyata alınıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Onun Xocavəndin “Qırmızı Bazar” qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub.

Şəhidin cənazəsi bu gün Zaqatalaya aparılaraq doğulduğu kənddə torpağa tapşırılıb. /APA

Allah rəhmət eləsin!


ree

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page