top of page

Yunan generallardan Türkiyəyə qarşı təxribat – Hərbi qüvvələrə əmr verildi

  • Xuraman Həmidova
  • Dec 25, 2020
  • 1 min read

Yunanıstanın baş qərargah rəisi Konstantin Floros və müdafiə naziri Nikos Panayotopoulos hərbi statusu olmayan adalarda yerləşdirilən yunan hərbi qüvvələrinə baş çəkib.

DİQQƏT.info xəbər verir ki, Floros hərbi hissələrin hazır vəziyyətə gətirilməsi əmri verdiyini açıqlayıb.

Yunanıstan baş qərargah rəisi və müdafiə nazirinin Türkiyənin Aydın bölgəsinə 4-6 mil məsafədə yerləşən Bulamaç və Eşşək adaları, o cümlədən Lemnosdakı hərbi hissələrə baş çəkdiyi bildirilib.

Adalardakı quru, hava və dəniz bazalarındakı qüvvələri yoxlayan Floros səfəri ilə əlaqədar verdiyi açıqlamada deyib: “Hərbi hissələrin hazır vəziyyətdə olmasını tapşırdım”.

Türkiyə mediası yunan generallarının bu səfərini təxribat kimi qiymətləndirib./Teleqraf.com

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page