top of page
Xuraman Həmidova

Yeni ildə gözlənilən əfv sərəncamı gecikəcək - SƏBƏB


Bu il Yeni il ərəfəsində imzalanması gözlənilən əfv və ya amnistiya pandemiya səbəbindən gecikə bilər.

DİQQƏT.info- nun əldə etdiyi məlumata görə Əfv Məsələləri Komissiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əfv üçün iclasların keçirilməsi mütləqdir:

“Faktiki olaraq, Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də Komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsi isə qanunvericiliyə ziddir. 2020-ci ildə ölkə rəhbəri tərəfindən verilən əfv sərəncamı pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxsi əhatə edirdi”.

İclsların onlayn keçirilməsinə gəlincə qeyd olunub ki, bu, məlumatların kənara sızma ehtimalına görə nəzərdə tutulmur:

“Daxil olan çox sayda müraciətin Yeni ilədək araşdırılması çətindir. Bu səbəbdən də əfv sərəncamının, yaxud amnistiyanın növbəti ilin Novruz bayramında verilməsi gözlənilir. Amma təbii ki, bütün hallarda Əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər”.

5 views0 comments

Recent Posts

See All

Comments


bottom of page