top of page
Xuraman Həmidova

“Yekə-yekə qışqırıb, spiker döymək asandır, gücünüzü döyüş meydanında göstərəydiniz”

Updated: Nov 12, 2020


Xəbər verdiyimiz kimi Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılması barədə razılaşma əldə edilib. Belə ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran odur ki, müharibə dayanıbsa, Azərbaycanda komendant saatı nə zaman bitəcək?


Bununla bağlı KONKRET.az-a danışan Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabağ qazisi Firidun Məmmədov qeyd edib ki, hər şey Qarabağda döyüş gedən yerlərdə proseslərin necə davam etməsindən asılı olacaq. Ermənilərə çox da güvənmək olmaz:


“Çünki dünyada ermənilər qədər etibarsız xalq yoxdur. Dəfələrlə bu cür atəşkəslər elan edilsə də, ermənilər tərəfindən pozulub. Deyildi ki, dekabrın 1-nə kimi rayonlar boşaldılmalıdır. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızı tərk etməlidir. Sərhədlərimiz Laçın dəhlizində, Kəlbəcərdə qurulmaldır. Bütün bu proseslər üçün zaman lazımdır. Bu proseslər başa çatmamış Azərbaycan Ordusuna səfərbər olan hərbiçilərin tərxis olması düzgün olmazdı. Amma komendant saatı tez götürülə bilər. Belə ki, Azərbaycanda komendant saatı dekabrın 1-nə kimi və ya ondan da tez ləğv edilə bilər. Amma orduya səfərbər olan şəxslərin tərxis edilməsi bir az ləngiyəcək. Çünki hər şey tam aydınlaşmalı, Ermənistan üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməlidir”.


Firidun Məmmədov vurğulayıb ki, Paşinyan Rusiyanın dabanını yalamağa başlamayıbsa, əgər əlini öpüb tam tabe olduğunu bildirməyibsə, onun yerinə, özünün etibar etdiyi adamı gətirə bilər:

“Amma kim gəlirsə-gəlsin, bütün ermənilər özlərini Rusiya vətəndaşı və müttəfiqi hesab edirlər. Paşinyan özünü Qərb yönümlü aparsa da, bütün bunlar sadəcə imitasiyadır. Və Qərbin də dəstəyini Ermənistana axıtmaq üçün oynadıqları oyundur. Amma dünəndən gələn məlumatlara görə, Ermənistanda artıq sakitlik yaranır. Parlamentdə qırıb-dağıdanlara deyilir ki, otaq dağıtmaq asandır. Xankəndi artıq təslim olmaq üzrəydi. Arayik Arutyunyan deyirdi ki, Azərbaycan 1 sutkadan sonra Xankəndini də ələ keçirəcəkdi. Artıq bizə gələn məlumatlara görə,  Azərbayan Ordusu Xocalıda oturub, Ağdamın böyük hissəsi azad edilmişdi”.

Firidun Məmmədov Ermənistanın son nəfəsini verdiyini də qeyd edib:

“Rusiyanın müdaxiləsi ermənilərə hava və su kimi lazım oldu. Qarabağda bir erməni kəndinin qalmayacağı təqdirdə onlar yenidən orada yaşamaq hüququ əldə etdilər. Buna görə də onlar Azərbaycan xalqını və cənab prezidentin humanizmliyinə qurban olmalıdırlar. Yekə-yekə qışqırıb, spiker döymək asandır. Amma döyüş bölgəsində ermənilər darmadağın oldu. Paşinyan dedi ki, Qarabağda döyüşən komandirlər söylədi ki, dayanmaq və təslim olmaq lazımdır. Çünki artıq hər şey əldən gedə bilər. Ermənistanda nə baş verəcəyindən asılı olmayaraq sahədə heç nə dəyişməyəcək. Hakimiyyətə başqası gəlsə belə müqavilədən imtina edə bilməz. Çünki o müqavilədən imtina etmək döyüşlərə yenidən başlayıb, 3-4 gün ərzində Ermənistan üçün Dağlıq Qarabağla bağlı hər şeyi itirmək deməkdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

10 views0 comments

Recent Posts

See All

Comments


bottom of page