top of page

Yazıçı Azər Abdulla koronavirusdan dünyasını dəyişdi

  • Xuraman Həmidova
  • Mar 21, 2021
  • 1 min read

Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.

DIQQƏT.info xəbər verir ki, bu barədə "Report"a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page