top of page

"Ya öz mandatlarına uyğun işlərlə məşğul olsunlar, ya da çıxıb getsinlər”- E.Məmmədov

  • Xuraman Həmidova
  • Dec 31, 2020
  • 1 min read

Etibar Məmmədov: “Hökumət tələb etməlidir ki, sülhməramlılar ya öz mandatlarına uyğun işlə məşğul olsunlar, ya da çıxıb getsinlər”

“Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ciddi mövqe ortaya qoymağa ehtiyac var”.

DİQQƏT.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi baş verənlərlə bağlı konkret mövqe ortaya qoymalıdır:

“Onların məqsədi münaqişə olacağı təqdirdə tərəfləri ayırmaqla məhdudlaşır. Lakin Rusiya sülhməramlıları mandatlarını aşırlar. Orada Rusiya hökumətinin yerli strukturlarını yaradırlar. Emənilərin köçürülməsi ilə məşğul olurlar. Ən əsası isə, onlar erməni qanunsuz silahlı dəstələrinin tərk-silah edilməsi ilə məşğul olmurlar. Onlar faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparAzərbaycan hökuməti bununla bağlı qəti mövqe bildirməlidir. Tələb etməlidir ki, onlar ya öz mandatlarına uyğun işlərlə məşğul olsunlar, ya da çıxıb getsinlər”.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page