top of page
Xuraman Həmidova

“Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? Bilirsiniz bu nə deməkdir?"


“Sizə deyim, bilin ki, Şurnuxdan sonra Ararat bölgəsindəki Tigranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan eksklavı Kərki kəndi nəzərdə tutulur) düşmənə veriləcək. Sadəcə necə öyrəndiyimi soruşmayın. Cavab internetdə, gedin və yarım ay əvvəl dərc edilmiş “FSB” məlumatını oxuyun. Burada Yerasxdan əlavə Paruyr Siak kəndində bir nəzarət məntəqəsi yaradılacağı barədə yazılıb. Sonra Paruyr Siak kəndini xəritədə tapın və hər şey aydın olacaq”.

DİQQƏT.info xəbər verir ki, bu sözləri erməni millətçi-politoloq Qrant-Melik Şahnazaryan özünün facebook səhifəsində yazıb.

Şahnazaryan daha sonra yazır: “İndi mənə izah edin ki, niyə Şurnuxdan bu qədər danışırıq, amma Dağlıq Qarabağdan qalan son parçanın əsl itkisini görmürük. Çünki Şurnux Ermənistan Respublikasının ərazisində idi. Səmimi olaraq deməliyəm ki, xalqımızın Vətənə qarşı bu cür laqeydliyindən təəccüblənirəm. Gəlin kütlələri bir kənara qoyaq, bəs ziyalılar? Bəs siyasi, hərbi elita necə? Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? Bilirsiniz, bu nə deməkdir?”./Konkret.az

141 views0 comments

Recent Posts

See All

Comments


bottom of page