top of page
Xuraman Həmidova

“Xüsusi təyinatlılar” Gəncəli Əlinin (“Albert Rıjiy”) qarşısında diz çökdü


Kriminal aləmdə “Albert Rıjiy” kimi tanınan “qanuni oğru” Əli Heydərovun 40 illik yubiley gecəsində xüsusi təyinatlıların formasını (tanınma nişanları, şevronlar olmadan) geyinən artistlər onun qarşısında diz çökərək şou göstəriblər. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın “Prime Crime” İnformasiya Agentliyinin redaktoru Viktoriya Qefter məlumat yayıb.

Onun sözlərinə görə, iki gün öncə Moskva yaxınlığında yerləşən “Ocaq” restoranının ümumi zalına əyinlərində xüsusi təyinatlıların geyimi olan şəxslər daxil olublar. “Xüsusi təyinatlılar” səbəbkara yaxınlaşaraq onun qarşısında diz üstə çöküblər və təzim ediblər.

Qeyd edək ki, Əli Heydərov 1981-ci ildə Gəncədə anadan olub. 1996-cı ildə Rusiyanın Arxangelsk şəhərinə köşüb. Bir müddət sonra Arxangelskdəki “Komsomolskaya” mütəşəkkil cinayətkar dəstəyə qoşulub. 2000-ci ildə oğurluq, qəsdən sağlamlığa ağır zərər vurma, ölümə cəhd kimi maddələrlə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra kriminal aləmin “xaç atası” sayılan “Ded Xasan”ın klanına daxil olub. 2012-ci ildə “Ded Xasan” tərəfindən taclandırılıb.

Ötən ilin iyununda “Albert Rıjiy”nin vəsatəti təmin edilib. Məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsi - 13 ayı şərti hesab edilərək azadlığa buraxılıb. Məhkəmə prosesi zamanı “Albert Rıjiy” təqsirini etiraf edərək peşman olduğunu deyib./Virtual.az



36 views0 comments

Recent Posts

See All

Comments


bottom of page