top of page

Xudavəngin erməni keşişi İrəvana çağrıldı

  • Xuraman Həmidova
  • Nov 30, 2020
  • 1 min read

Kəlbəcər rayonundakı Xudavəng kilsəsinin keşişi Ovanes İrəvandakı Müqəddəs Üçlük məbədinə gətirilib. "DİQQƏT" xəbər verir ki, Ovanesin İrəvana çağırılması Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin əmri ilə baş tutub. Onun səhhətindəki problemlərlə əlaqədar İrəvana çağırıldığını, lazımi müalicələr aldıqdan sonra Kəlbəcərə qayıdacağı bildirilib. Erməni keşişlər Xudavəngi hələ də tərk etməyiblər. Onlar Rusiya sülhməramlılarının himayəsi altında Xudavəngdə qalacaqlarını bildirirlər. Qeyd edək ki, Xudavəng monastırı Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşir. Elmi mənbələrdə həm də Dadivəng və ya Xudavəng kimi adı keçir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Xudavəng monastırı Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksidir. Monastıra dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Xatırladaq ki, erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv edib və kilsənin maddi-mədəni irsinə nəzarət qriqorian kilsəsinin ixtiyarına keçib. Bundan sonra ermənilər bu abidələrin “tarixən” özlərinə aid olduğunu utanmadan bəyan edirlər.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page