top of page
Xuraman Həmidova

Ağdamda gözü yolda qalan ana məzarı...


Ağdam, sende o qeder acılı,ağrılı xatirələrim var. Xocalı soyqrımından sonra sene pənah gətirdik, sənə sığındıq , anasız uşaqlar kimi... Ağdam o illər ən ağır günlərini yaşadı. Xocalı şəhidlərini dəfn etməyə "Abidə'' də yer olmadığından Ağdamın o vaxtkı rəhbəri rəhmətlik Səyyaf Verdiyevin göstərişi ilə Uzundərədə şəhidlər xiyabanı salındı. Anamın Bakıdakı Şəhidlər xiyabanına gətirib dəfn olunmasına razı olmadım. Onu da həmyerlilərimlə birlikdə Ağdamın Uzundərədəki şəhidlər xiyabanında dəfn etdim. Xocalıdan sonra təsəllimi bax burda, Uzundərədəki səhidlər xiyabanında tapırdım. Doğmalarımın məzarını ziyarət edib gül qoyardım . Ta Ağdamım işğal olunana kimi... Ağdam işğal olunanda dünyam dağıldı. Varımdan yox oldum. İşğal gününü mən sözlə ifadə edə bilmirəm, çünkü böyük dərdlər dilsiz olur. Ağdam işğal olsa da onun bir neçə kəndəri bizdə idi. Eləcədə Uzundərədəki şəhidlər xiyabanı da. "Millət" qəzetinin cəbhə müxbiri kimi nələr görmədim ki... Silsilə yazılarımla hərb tarixini yazanlardan oldum. Qubadlı, Cəbrayıl, Füzuli, harda olsam da ən çox Ağdamda qalardım . Ağdamın Uzundərəki şəhidlər xiyabanı da işğal olunandan sonra, düz 29 ildir nə əlimiz çatdı, nə də ünümüz yetdi. Ağdam işğaldan azad olunanda "Şükürlər olsun əsirlikdə qalan məzarlarımızı ziyarət edəcəyik" -dedim. Dünən boyük bir heyətlə jurnalistlərin, QHT-lərin, ictimai fəalların iştiraki ilə Ağdama səfər olundu. Onların arasında əslən Xocalıdan olan, anasının dağıdılan məzarina düz 29 ildən sonra bir gül qoymaq istəyən şəhid övladı, 30 illin jurnalistinin haqqına girildi. Üzümü Prezidentin köməkçisi cənab Hikmət Hacıyevə tuturam. Hörmətli Hikmət müəllim, xahiş edirəm tək- tənha Ağdama getməyimə, anamın dağıdılan məzarını ziyarət edib bir gül qoymağıma imkan yaradılsın.


SƏRİYYƏ MÜSLİMQIZI

26 views0 comments

Recent Posts

See All

Comments


bottom of page