top of page

Xocalı qətliamının təşkilatçısı Ermənistanda parlament seçkilərinə qatılacaq

  • Xuraman Həmidova
  • Apr 12, 2021
  • 1 min read

Ermənistanda parlamentinə iyunun 20-də baş tutacaq növbədənkənar seçkilərə onlarla siyasi partiya və koalisiyaya qatılacaq.

DIQQƏT.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Birinci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşlərdə aktiv iştirak edən, separatçı qüvvələrin keçmiş komandanı Samvel Babayan Ermənistanda seçkilərə qatılacaq.

O bir qrup ziyalının onu seçkilərdə iştiraka səslədiyini bildirib. Samvel Babayan seçkilərdə heç bir qüvvə ilə koalisiyaya girməyəcəyini də deyib.

Xatırladaq ki, Samvel Babayan Xocalı, Qaradağlı və s. yaşayış məntəqələrində dinc azərbaycanlılara qarşı cinayətlərə yol verib. /Modern.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page