top of page
Xuraman Həmidova

Xocalı qatilinin sərsəm çıxışı: Azərbaycanı hədələdi


Bu gün, Allah qoymasa, Ermənistan ordusunun yarandığı gündür. Hər il bu vaxtı ermənilər vertolyot, təyyarə uçurar, ordunun “əzəmətini” göstərər, paradfason keçirib, nələrsə nümayiş etdirərdilər.

"Ordu günü bu il olmasa da, erməni xalqının hər zaman sevinclə qeyd olunan müqəddəs bayramlarındandır”.

DİQQƏT.info xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

İndi isə vəziyyət belədir: Paşinyan ölən əsgərlərin qəbirlərini ziyarətə gedir, siyasilər isə orduya mərsiyə xarakterli statuslar yazırlar.

Zatən nəyi uçursunlar: helikopter, qırıcı qalıbmı ki? Qalanları kim sürsün? Sürməyə sağ pilot tapılırmı?

Hansı tankı göstərsinlər? Onların tankını Bakıda Azərbaycan Ordusu göstərdi – vurulub-yandırılmış, metalloma çevrilmiş halda.

Ordu varmı ki, bir söz də desinlər? Rəsmi statistikaya görə, ordunun arsenalının 85 faizi məhv edilib, şəxsi heyətin 40 faizi sıradan çıxıb, qalan 60 faiz də fərarisi fərari, qalanının da ruhu zad olub, yəni şey...

Sərkisyan – Ermənistanın keçmiş prezidenti də açıqlama-statusfason bir zad paylaşıb. Deyir, hər il bu günü sevinclə qeyd edirdik, amma bu gün əhval-ruhiyyə fərqlidir, qurbanlara və digər itkilərə görə hamı kədərlənir.Ordu günü bu il olmasa da, erməni xalqının hər zaman sevinclə qeyd olunan müqəddəs bayramlarındandır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

Sərkisyan ölkəsinin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətini etiraf edib: “Hər il bu günü sevinclə qeyd edirdik, amma bu gün əhval-ruhiyyə fərqlidir, qurbanlara və digər itkilərə görə hamı kədərlənir”.

Eks-prezident xalqa müraciətində Ermənistanın mövcud hakimiyyətini xəyanətdə ittiham edib:

“Sənə xəyanət etdilər, arxadan bıçaqlandın, ağır yaralandın və bundan əvvəl, son illərdə səni güzəştə getmək və zəiflətmək üçün hər şeyi etdilər. Bu gün minlərlə valideyn istismar edilməsindən danışır, amma kimsə ordunun tələyə salındığını bilmir”.

İşğalçı ölkənin keçmiş lideri Azərbaycanı təhdid etməkdən də çəkinməyib.

Xocalı soyqırımının müəlliflərindən biri olan və Azərbaycan xalqı qarşısında saysız cinayətlərə əl atmış cəllad Sərkisyan İkinci Qarabağ savaşındakı məğlubiyyətin qisasının alınacağını iddia edib:

“Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və düşmənə yaxın zamanda biabırçı keçmişini xatırlatacaq”.

Şübhəsiz ki, Sərkisyan “biabırçı keçmiş” deyəndə, 1990-cı illərdə rus ordusu ilə birlikdə Azərbaycana qarşı həyata keçirdikləri işğalı nəzərdə tutur. O cümlədən, törətdikləri Xocalı soyqırımı və digər müharibə cinayətlərini.../axar.az

50 views0 comments

Recent Posts

See All

Comments


bottom of page