top of page

Xaçatryan: "Zəngəzur tam itirilə bilər"

  • Xuraman Həmidova
  • Dec 18, 2020
  • 1 min read

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryan “Sünikin müdafiəsi” üçün tezliklə Ermənistana qayıdacağını bildirib. DİQQƏT.info xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsində paylaşıb. O, Sünik vilayətinin “tam itirilməsi” təhdidinin olduğunu deyib. Qeyd edək ki, Xaçatryan qubernator olduğu dövrdə adı dəfələrlə fərqli kriminal hadisələrə qarışıb. O, 2013-cü ilin iyununda hazırkı korpus komandirlərindən biri olan general-mayor Artak Budaqyanın qardaşı Avetik Budaqyanın ölümünün təşkilatçılarından biri sayılıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Xaçatryan ölkədən qaçıb./Konkret .az

Comentários


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page