top of page
Xuraman Həmidova

Xankəndidə keçirilən yürüşdə erməni TƏXRİBATI: Keşiş sülhməramlı formasında - FOTO / VİDEO


Bu gün, fevralın 20-də Xankəndidə Qarabağ hərəkatının 33 illiyinə həsr olunmuş yürüş keçirilib.

DİQQƏT.info erməni KİV-lərinə istinadən xəbər verir ki, yürüşdə "dqr"-in tör-töküntüləri Arayik Arutyunyan, Vitali Balasanyan iştirak edib. Ermənistan Fövqəladə Hallar naziri Andranik Piloyanın rəhbərlik etdiyi nümayəndə heyəti də bu gün Rusiya sülhməramlılarının yaratdığı şərait sayəsində dövlət sərhədimizi pozaraq Xankəndinə gəlib. Onu separatçı rejimin “daxili işlər naziri” sayılan Karen Sarkisyan, “fövqəladə hallar xidməti”nin direktoru hesab edilən Mexak Arzumanyan qarşılayıb.

Bu, A.Piloyanın nazir təyin olunduqdan sonra Xankəndinə ilk "rəsmi" səfəridir.


Diqqət çəkən məqam odur ki, erməni keşişin əynindəki kurkdə rus sülhməramlılarının xüsusi işarəsi olan "MC" yazısı aydın görünür. Bu, ermənilərin növbəti təxribatıdırmı, yoxsa rus sülhməramlılar separatçıların yürüşünü dəstəkləyirlərmi?


Həmin görüntüləri təqdim edirik:







113 views0 comments

Recent Posts

See All

תגובות


bottom of page