top of page

Xankəndi bu tarixdə azad ediləcək - VİDEO-ŞƏRH

  • Xuraman Həmidova
  • Jan 31, 2021
  • 1 min read

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qarabağda situasiyanı dəyişdirir.

DİQQƏT.info xəbər verir ki, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı “Bizdən sizə” kanalında maraqlı şərhlə çıxış edib.

O bildirib ki, Monitorinq Mərkəzi Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımları məhdudlaşdıracaq, Bakının 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi ilə bağlı tələblərini sərtləşdirəcək. Ən əsası da erməni silahlılarının (Azərbaycan onları terrorçu elan edib - red.) bölgədən çıxarılması aktuallaşacaq.

Silahlı ermənilərin çıxarılması prosesinin yaz aylarında (mart-aprel) gerçəkləşəcıyi gözlənilir. Çünki Bakı sülhməramlıların funksiyasını yerinə yetirməməsinə qış aylarına görə göz yumduğu mesajını vermişdi: bu o demək idi ki, qışdan sonra səssiz qalmayacaq./axar.az


Ətraflı videoda:







コメント


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page