top of page

Vətən müharibəsində yaralanmış hərbçimiz şəhid oldu

  • Xuraman Həmidova
  • Jan 29, 2021
  • 1 min read

ree

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.

DIQQƏT.info xəbər verir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var./Axar.az

Allah rəhmət eləsin!

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page