top of page

Vətən Müharibəsi qazisi Kürdə batdı - VİDEO

  • Xuraman Həmidova
  • Feb 2, 2021
  • 1 min read


Vətən Müharibəsinin qazisi Sadıqbəyli Ramin Qaçay oğlunun Kürdə batdığı bildirilir.

DİQQƏT.info xəbər verir ki, yanvarın 31-də Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxan 38 yaşlı Yusifov Səfxan Aydın oğlu və 26 yaşlı Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri davam edir. /mətbuat.az



Comentários


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page