Vilayət Eyvazov Suraxanı rayon Polis bölməsinin rəisini vəzifədən azad etdi
- Xuraman Həmidova
- Jan 29, 2021
- 1 min read

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
DİQQƏT.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.
Həmin vəzifəyə hələlik təyinat yoxdur./report









Comments