top of page

Vialyət Eyvazov polis rəisini təqaüdə göndərdi

  • Xuraman Həmidova
  • Jan 20, 2021
  • 1 min read

ree

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şirzad Əsgərov təqaüdə göndərilib.

DİQQƏT.info bölgə müxbirinin verdiyi məlumata əsasən, Ş.Əsgərov xidmətin son yaş həddi ilə əlaqədar pensiyaya gedib.

Hələlik Tovuz rayon Polis Şöbəsinə yeni təyinat yoxdur.

Məlumat üçün bildirək ki, Ş.Əsgərov Daxili İşlər Nazirliyində bir sıra məsul vəzifələrdə çalışıb.

Tovuz rayonundan öncə Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edib./Report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page