top of page

Ukraynada azərbaycanlı iş adamı itkin düşdü

  • Xuraman Həmidova
  • Feb 27, 2021
  • 1 min read

Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı, 1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

DİQQƏT.info xəbər verir ki, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olurdu. /report

Kommentare


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page