top of page
Xuraman Həmidova

Ucarda koronavirusa qarşı peyvənd olunan 69 yaşlı kişi komaya düşdü


Ucar rayonunda fevralın 13-ü peyvənd olan 1951-ci il təvəllüdlü Vaqif Səməndərov bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

DİQQƏT.info məlumat verir ki, xəstənin oğlu Elşad Səməndərov Konkret.az-a açıqlamasında bildirib ki, atası peyvənd olunduqdan sonra halı yavaş-yavaş pisləşməyə başlayıb. O, atasının əvvəl qan təzyiqinin yüksəldiyini, daha sonar isə tədricən vəziyyətinin ağırlaşdığını deyib: “Bu gün isə səhər ayaq üstə olduğu zaman yerə yıxıldı, ayaqları tutulduğu üçün tarazlığını saxlaya bilmədi. Təcili olaraq onu Ucar rayon mərkəzi xəstəxanasına çatdırdıq, lakin heç bir həkim ona yaxın durmaq istəmədi. Baxmayaraq ki, atam kritik vəziyyətdədir, xəstəxanın baş həkimin müavini Tacəddin Qafarov mənə deyir ki, xəstəyə ancaq saat 19.00-dan sonra baxa bilərəm. Atamı gətirəndə danışa bilirdi, indi nitq qabiliyyətini də itirib, bizi eşitmir”.

Elşad Səməndərov atasının vəziyyətinin kritik olduğunu deyib: “Əlim hər yerdən üzüləndən sonra mən Ramal həkimə zəng vurdum, sağ olsun o, təcili xəstəxanaya gəldi. O gələndən sonra atamı reanimasiyaya apardılar. Hazırda həkimlərdən xəbər gözləyirəm. Əgər mənim atama nəsə olsa, bilin ki, onun ölümündə günahkar səhlənkar həkimlərdir”.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonu bağlı olduğu üçün əlaqəmiz alınmadı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır, yaxın vaxt ərzində bu haqda məlumat veriləcək.

17 views0 comments

Recent Posts

See All

コメント


bottom of page