top of page

Təhsil Nazirliyi bu ölkələrin universitet diplomlarını tanımır - SİYAHI

  • Xuraman Həmidova
  • Mar 30, 2021
  • 1 min read

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. DİQQƏT.info Agentlikdən bildirilib ki, 10 universitetin 851 halda diplomuna imtina verilib. Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.




 
 
 

Bình luận


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page